""Taliban" hücumları onsuz da quraqlıq, yoxsulluq və yeni tip koronavirus əleyhinə mübarizə aparan Əfqanıstan xalqının həyatını daha da çətinləşdirir".
Teleqraf.com "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Əfqan İşləri üzrə rəsmisi Ross Vilson deyib.
O, "Taliban"ı Əfqanıstanın böyük hissəsini ələ keçirmək üçün başlatdığı hücumlarını dayandırmağa çağırıb.
Vilson "Twitter" hesabında bildirib:
"Əfqanların insan haqlarının pozuntusu mənasını verən hücumlar xalq arasında qorxu yaradır. Xalq belə bir mübarizəyə dəstək verməz. "Taliban"ı dərhal atəşkəs elan etməyə, siyasi həll yolu tapmağa, münaqişələrə daimi son qoymaq üçün həqiqi iradə və vicdanla danışıqlar aparmağa çağırırıq”.
Xatırladaq ki, ABŞ rəhbərliyi 29 fevral 2020-ci ildə "Taliban"la razılaşdı və 1 may 2021-ci ildə qoşunlarını Əfqanıstandan çıxaracağını açıqladı.