9 İyul 2021 09:05
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Mühafizəsi Xidmətinin 1 həbçisi Tacikistanla sərhəddə baş verən atışma nəticəsində həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Sərhəd Mühafizəsi Xidməti məlumat yayıb.

İlkin məlumatda bildirilir ki, Tacikistan tərəfindən də ölən və yaralananlar var.

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Mühafizəsi Xidmətinin Batken vilayəti üzrə rəhbəri K.Tolonbayev hadisə yerinə gəlib.

Qırğızıstan və Tacikistanın sərhəd xidmətlərinin nümayəndələri insidenti araşdırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər