9 İyul 2021 09:14
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqonun rəhbəri Lloyd Ostinlə Türkiyənin Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, tərəflər söhbət zamanı ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması fonunda Kabil şəhərinin hava limanında təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə edib.

Ostin və Akarın Həmid Karzai Beynəlxalq Hava Limanı ilə bağlı razılaşmalar üzrə qarşılıqlı əlaqələrin davam etdirilməsinə dair razılığa gəldiyi bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər