Çin hökuməti təhlükəsizlik məqsədilə 500 metrdən yüksək binaların tikintisini qadağan edib.
Teleqraf.com xəbər verir ki, hündürlüyü 250 metrdən çox olan binaların tikilməsi də məhdudlaşdırılıb.
Yüz metrdən hündür binaların inşasına isə yalnız həmin rayonlarda yanğının sürətlə söndürülməsi üçün bütün lazımi şərait olarsa, icazə veriləcək.
Xatırladaq ki, dünyadakı super göydələnlərin yarısı Çində yerləşir.