“Əfqanıstanda baş verənlər bizi yalnız müttəfiqimizin ərazilərindəki problemlərin yayılması baxımından narahat edir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir Taliban hərəkatının İran və Tacikistan sərhədlərindəki nəzarət nöqtələrini ələ keçirdiyini qeyd eddib:
“Gəlişmələr yalnız Əfqanıstan ərazisində baş verdikcə Rusiya heç bir şey etməyəcək. Biz israrlı çağırışlarımızı təkrarlamaqdan başqa heç bir addım atmayacağıq”.
Lavrov Əfqanıstanı yalnız şifahi olaraq dəstəklədiklərini söyləyib.