9 İyul 2021 20:23
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasının və dünyanın ən böyük və inkişaf etmiş şəhərlərindən olan Yohannesburqun meri Cefri Maxubo koronavirus infeksiyasından ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Eyewitness News” portalı yazır.

Medianın verdiyi məlumata görə, məmur keçən həftə COVID-19 simptomları ilə xəstəxanaya yerləşdirilib. Koronavirusa qarşı müsbət testdən sonra Maxubo vətəndaşları pandemiyanın yayılmaması üçün mümkün olan hər şeyi etməyə çağırıb.

“Yohannesburq rəsmi olaraq COVID-19-un üçüncü dalğasını yaşayır və sakinlər lazımi tədbirləri görmələri tövsiyə olunur. Maska taxın, sosial məsafəni qoruyun və hərəkətlərinizi qaydalara uyğun olaraq məhdudlaşdırın”, - deyə o bildirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər