5 Noyabr 2014 13:10
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakinindən külli miqdarda saxta pul aşkarlanıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüstəm Əlibabayev tutulub.

O, printerdə hazırlanmış 135 ədəd 100 manatlıq, 119 ədəd 50 manatlıq, 144 ədəd 20 manatlıq, 177 ədəd 10 manatlıq, 152 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq (ümumilikdə 24862 manat) əskinası satarkən yaxalanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər