İyulun 7-də sui-qəsd nəticəsində öldürülən Haiti Prezidenti J.Moisenin postunu müvəqqəti olaraq senator Jozef Lamberti tutacaq.
Teleqraf.com xəbər verir ki, Haitidə Məclis sədri vəzifəsini tutan Lamberti 10 senatordan 8-nin səsini alaraq keçici dövlət başçısı olub.
Qeyd edək ki, 53 yaşlı prezident J.Moisenin şəxsi iqamətgahına edilən hücum zamanı öldürülüb, yaralanan xanımı isə mülicəsi üçün təcili Amerikaya aparılıb.