10 İyul 2021 15:40
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Hərbi Dəniz Qüvvələrinin saytı kiber hücuma məruz qalıb və sayta Qara dənizdə keçirilən hərbi təlimlərlə bağlı saxta məlumatlar yerləşdirilib. Sayta hücumu rusiyalı xakerlər həyata keçirib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti bidirib.

“Rusiya məqsədyönlü şəkildə Ukraynaya qarşı informasiya əməliyyatları aparır. Rusiya Silahlı Qüvvələrinin Cənubi Hərbi Dairəsinin məlumat və psixoloji əməliyyatları strukturları bu fəaliyyətlərdə mərkəzi tabeliyindəki kiber bölmələrin, kəşfiyyat orqanlarının və Kremlin bütün təbliğat maşınının dəstəyi ilə iştirak edir”, - məlumatda qeyd edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər