10 İyul 2021 15:09
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula von der Leyen Prezident Ərdoğanın iyulun 20-də Şimali Kiprə səfəri öncəsi Cənubi Kiprə gedən yunanlara tam dəstək verib.

Teleqraf.com xəbər verir ki, Ursula Leyen Cənubi Kiprin Prezidenti Nikos Anastasiadislə bir araya gəlib.

İki dövlətli həll mövzusuna dair fikirlərini Prezident Ərdoğana çatdırdığını bildirən AB-nin yüksək çinli rəsmisi bəyan edib ki, iki dövlətli həlli əsla qəbul etməyəcəklər: “Biz bu məsələdə qərarlıyıq və həmrəylik içindəyik”.

Leyen Cənubi Kipr prezidentinin diqqətinə çatdırıb ki, AB-nin ən dəyəri birlik olmağıdır: “26 ölkə olaraq hər birimizin yanınızda olduğumuzu bilməlisiniz”.

Qeyd edək ki, Cənubi Kiprin rəhbərliyi ada üçün federasiya tələb etdiyi təqdirdə Şimali Kipr və Türkiyə bərabər haqlara sahib müstəqil iki dövlət modelinə vurğu edir.


Müəllif: Cavad

Oxşar xəbərlər