5 Noyabr 2014 13:42
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nudist Stefan Qouq ictimai yerdə çılpaq gəzdiyi üçün 2.5 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsi də verilən qərarın insan hüquqlarına zidd olmadığını qeyd edib.

Stefan Qouq İngiltərədə son on il ərzində dəfələrlə həbs olunub. Vinçester məhkəməsinin qərarına görə, ictimai yerdə çılpaq gəzdiyi səbəbi ilə Stefan Qouq 2.5 il müddətinə azadlıqdan məhrum edilib.

“Daily Mail” qəzetinin xəbərinə görə, Qouq həbsə də çılpaq qalmaq istədiyi üçün tək adamlıq kameraya salınıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər