10 İyul 2021 21:46
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Sosialist İşçi partiyasının (PSOE) lideri olan İspaniya Baş naziri Pedro Sançes hökumətdə kadr dəyişiklikləri barədə bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, baş nazirin sözlərinə görə, kadr dəyişiklikləri qanunverici hakimiyyətə yeni siyasi impuls verilməsi, iqtisadi bərpanın gücləndirilməsi və pandemiyadan sonrakı dövrdə iş yerlərinin yaradılması məqsədilə həyata keçirilir.

Yerdəyişmələr nəsillərin dəyişməsini, qadınların idarəçilikdə iştirakının artırılmasını nəzərdə tutur.

Kadr dəyişiklikləri çərçivəsində Baş nazirin birinci müavini, məhkəmə işləri və tarixi yaddaş naziri Karmen Kalvo Nazirlər Kabinetini tərk edib. Onu Nadya Kalvinyo əvəz edib. Baş nazirin müavinlərinin sayı dörddən üçə endirilib. İspaniyanın Fransadakı səfiri Xose Manuel Albares Aranç Qonsales Layyunun yerinə Xarici işlər naziri vəzifəsinə təyin edilib. Hökumətdə bir neçə nazir də əvəz edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər