Türkiyədə 4.2 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Yeraltı təkanlar Çorum vilayətinin Sunqurlu rayonunda, yerli vaxtla saat 00:53-də qeydə alınıb.
Zəlzələnin episentri 12.39 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat haqda məlumat verilməyib.