Keçən həftə İtaliyanın paytaxtı Romada əməliyyat olunan Katolik dünyasının ruhani lideri Papa Francis əməliyyatdan sonra ilk dəfə görüntülənib.
Teleqraf.com xəbər verir ki, Papa Francis əməliyyat olunduğu xəstəxananın balkonunda yüzlərlə insanın qarşısına çıxıb.
Yerli media Papanın səhhətinin yaxşı olduğunu və çıxışına təkbaşına davam etdiyini yazıb.
Qeyd edək ki, 3 saatlıq əməliyyat keçirən 84 yaşlı Papa Francisin yoğun bağırsağının bir hissəsi çıxarılıb. Onun venadaxili dərman qəbul etməyi dayandırıldığı və pəhrizinin tənzimləndiyi də açıqlanıb.