Çeçenistanda naməlum şəxs “Allahu əkbər!” deyərək polisə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Məlumatda paytaxt Qroznıda bir nəfərin hüquq-mühafizə orqanlarının əməkdaşlarına yaxınlaşdığı, bel çantasından bıçaq götürdüyü və onlara xəsarət yetirməyə çalışdığı qeyd olunub.
Polis bir neçə dəfə xəbərdarlıq atəşi edib, daha sonra təcavüzkara atəş etmək məcburiyyətində qalıb. Təcavüzkar saxlanılıb, lakin bir neçə saatdan sonra xəstəxanada ölüb.
Hələlik baş verənlərlə bağlı rəsmi açıqlama yoxdur.