11 İyul 2021 20:55
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə sənayesinin istehsalı olan “Sancak” yeni nəsil elektron döyüş sistemi qardaş ölkənin Silahlı Qüvvələrinə təslim edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir tviterdəki hesabında məlumat verib.

Yüksək sürətli “Sancak” sistemi geniş zolaqda çıxış gücünə, müxtəlif növ və rejimlərdə manevr, aldatma, elektron dəstək vermək, avtomatik əlaqə qurmaq kimi imkanları ilə Türkiyə Silahlı Qüvvələrinin zərbə gücünü daha da artıracaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər