İsrail Prezidenti İsaac Herzoq Fələstin dövlət başçısı Mahmud Abbasa iki tərəf arasında dialoqun yenidən başlatmaq təklifini verib.
Teleqraf.com xəbər verir ki, Fələstin dövlət başçısı Mahmud Abbas iyulun 7-də and içərək rəsmən prezident səlahiyyətlərinin icrasına başlayan İsaac Herzoqa zəng edərək onu təbrik edib.
Herzoq verdiyi açıqlamada bildirib ki, Mahmud Abbasla telefonla danışıb və əvvəlki İsrail prezidentlərinin etdiyi kimi Fələstinlə İsrail arasında dialoqun yenidən başladılması və davam etdirilməsini planladığını qarşı tərəfin diqqətinə çatdırıb.
Prezident dialoqun münasibətləri inkişaf etdirməsi və iki xalq arasında sülhün təmin olunmasına köməklik edəcəyinə ümid etdiyini də qeyd edib.