12 İyul 2021 10:05
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul etmiş yerli sakinlərə vaksin pasportlarının verilməsi üçün müraciətləri iyulun 26-dan başlayaraq qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato NHK telekanalına müsahibəsində bildirib.

Baş katib qeyd edib ki, vaksinasiya pasportlarının verilməsi heç bir halda diskriminasiyaya və ya məcbur etməyə səbəb verməməlidir. Buna görə də pasportun necə olacağı və hansı qaydalara əməl etməklə veriləcəyi dəqiqləşdirilməlidir.

K.Kato əlavə edib ki, bütün ölkə üzrə bələdiyyələr iyulun 26-dan başlayaraq vaksinasiya pasportlarının verilməsi üçün müraciətlərin qəbuluna başlayacaq.

Baş katibin bildirdiyinə görə, bu pasportların tətbiqi xaricə işgüzar səfərlər edənlər arasında koronavirusa qarşı profilaktik tədbirləri gücləndirməyə də kömək edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər