12 İyul 2021 10:23
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuba hökuməti son illər ərzində ilk dəfə hakim Kommunist Partiyasına qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edib.

Teleqraf.com xəbər verir ki, qoşunlar və Kuba təhlükəsizlik qüvvələrinin əlavə bölmələri ölkənin paytaxtı Havanaya yerləşdirilib.

“El Periodico” yazır ki, eyni zamanda adada ölkə rəhbərliyini dəstəkləyən mitinqlər keçirilir.

Müxalifət hökumətdən azad seçkilərin keçirilməsi və sosial problemlərin həllini tələb edir.

Qarşıdurmadakı zərərlər və itkilər barədə məlumat yoxdur.

Bundan əvvəl Kuba Prezidenti Migel Dias-Kanel hökumət tərəfdarlarını küçələrə çıxmağa və “əks-inqilabçı muzdlular” və “xarici təxribatçı”lara müqavimət göstərməyə çağırıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Kuba rəhbərliyinə etirazçılara güc tətbiq etməməsi məsələsində xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər