12 İyul 2021 17:07
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Avropa Birliyindən (AB) ayrılaraq Rusiyanın da təmsil olunduğu yeni bir əməkdaşlıq formatı qurmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Almaniya Federal Məclisinin deputatı, Almaniya Alternativ Partiyasının lideri Tino Çrupalla deyib.

Deputat qeyd edib ki, Almaniyanın AB-dən çıxması və Avropa iqtisadi çıxarlarını nəzərdə tutan iqtisadi qrup qurması lazımdır. Rusiyanın bu platformada təmsil olunmasının lazım gəldiyini bildirən alman siyasətçi amerikalıların “psixoloji müharibəsinin” Almaniyanın milli kimliyi və mədəniyyəti üzərində təsir etdiyini açıqlayıb. O, buna nümunə kimi ABŞ-ın “Şimal Axını-2” qaz xətti məsələsində tutduğu mövqeyi göstərib. Alman deputat bu münasibəti Vaşinqtonun öz maraqları üçün ortaya qoyduğu dezinformasiya və manipulyasiya strategiyası kimi qiymətləndirib.

Məlumat üçün deyək ki, 10 milyard avroya tikintisinin başa çatdırılması gözlənilən “Şimal Axını-2” boru xətti ildə 55 milyard kubmetr qaz nəqlini nəzərdə tutur. Mavi yanacaq bu xəttlə Baltik dənizi üzərindən Almaniyaya çatdırılmalıdır. Rusiyanın “Qazprom” şirkəti ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İsveç şirkətinin fəaliyyətini dayandırmasından sonra hazırda layihəni təkbaşına icra edir.

ABŞ, Ukrayna, polşa və Baltik ölkələri bu layihənin inşasına qarşı çıxırlar.


Müəllif: Cavad

Oxşar xəbərlər