ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı komandanı Ostin Skott Miller istefa verib.
Teleqraf.com xəbər verir ki, istefa ABŞ-ın Əfqanıstandakı hərbi missiyasının sona çatdığını göstərmək üçün simvolik qərar kimi şərh edilib.
Bu günədək digər generallardan daha çox vəzifədə olan Ostin Skott Miller 2018-ci ilin avqustundan bəri Əfqanıstandakı hərbi koalisiyaya komandanlıq edib. Miller vəzifəsini general-leytenant Frank Makkenziyə təhvil verib.
ABŞ rəhbərliyi ötən il fevralın 29-da Talibanla razılığa gəlib. Bu ilin mayın 1-də Əfqanıstandan tamamilə çəkilməyə razı olub. Prezident Co Bayden hərbi qüvvələrin sentyabrın 11-dək tamamilə geri çəkiləcəyini açıqlayıb.