Norveçdə 77 nəfəri qətl edən sağçı terrorist Andres Breivik həyat hekayəsini 10 milyon dollar qaşılığında satmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, irqçi Breivik özü haqqında film çəkilməsi üçün kino şirkətlərinə müraciət edib.
Məlum olub ki, o, indiyə qədər kino şirkətlərinə 20 dəfə məktub göndərib.
İndiyə qədər onun məktublarına reaksiya verən olmayıb, amma onun belə bir cürət nümayiş etdirməsi ictimai etiraza səbəb olub. Norveç rəsmiləri araşdırma apardıqlarını elan edib.
Qeyd edək ki, 2011-ci ildə 77 nəfəri qətl edən Breivik həbsxanada hər gün 50 səhifəlik gündəlik tutur, ora başına gələn və özünün başqalarının başına gətirdiklərini yazmaqla ssenari hazırlayır.