Əfqanıstan ərazilərinin böyük bir qisminə nəzarət etdiyini açıqlayan Taliban hərakatı ölkənin mərkəzindəki Gazne şəhərini də ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhər rəhbəliyi açıqlama verib.
“Şəhərdə durum kritikdir. Taliban Əfqanıstan ordusuna hücum etmək üçün mülki məntəqələrdən istifadə edir və bu, ordunun işini çətinləşdirir”, - açıqlamada qeyd edilib.
Bildirilir ki, paytaxt Kabilin cənubunda yerləşən Gaznə şose yollarının keçid nöqtəsi hesab olunur. 200 mindən çox əhalisi olan şəhərdə əsasən kənd təsərrüfatı məhsulları istehsal olunur.
Əfqanıstan Xüsusi Qüvvələr komandanlarından Məhəmməd Tasir bildirib ki, Talibanın ölkənin 85 faizinə nəzarət etdiyi iddiası çox əsassızdır: “Nəzərə almaq lazımdır ki, onlar hücum etdikləri bütün bölgələrə nəzarəti əldə etmirlər”.