13 İyul 2021 11:36
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Əfqanıstandan çıxması ilə ölkədə şəhər və kəndləri bir-bir ələ keçirən Taliban hərəkatı indi də siyasi qüvvə kimi dünya ölkələri tərəfindən qəbul olunması üçün işlərə başlayıb.

Teleqraf.com xatırladır ki, ötən həftə Taliban nümayəndələri ilə Rusiya rəsmiləri arasında Moskvada görüş keçirilib.

Bundan başqa, Talibanın İran, Pakistan, Çinlə də danışıqlar aparmasına dair iddialar var.

Moskva görüşü haqqında danışan Talibanın Qətər üzrə xüsusi nümayəndəsi Suheyl Şahin deyib ki, Rusiyadan hərəkatın adının terrorçu təşkilatlar siyahısından çıxarmasını, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Talibana tətbiq olunan sanksiyaların dayandırılmasını istəyiblər. O əlavə edib ki, bu məsələlər 2020-ci ildə Taliban və ABŞ arasında keçirilən müzakirələr zamanı da masaya çıxarılıb.

Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov isə bildirib ki, bunun üçün Əfqanıstandakı bütün tərəflər arasında nəticəli siyasi dialoqa başlanması vacibdir.


Müəllif: Cavad

Oxşar xəbərlər