ABŞ Ədliyyə Nazirliyi Haiti Prezidenti Jovenel Moizin sui-qəsdi ilə bağlı öz istintaqını aparacaq.
Teleqraf.com xəbər verir ki, bu haqda nazirliyin mətbuat katibi Eontoni Koli açıqlama verib.
Koli ABŞ-ın Haiti hökumətinə bu dəhşətli hücumun araşdırılmasına kömək etdiyini söyləyib.
Onun sözlərinə görə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri bu ölkəyə gələrək, Mozin qətli ilə əlaqəli faktlar və şərtlər barədə ilkin qiymətləndirmə aparıblar.
“Nazirlik bu işlə əlaqədar ABŞ-ın cinayət qanunlarının pozulub-pozulmadığını da araşdırır”, - nazirliyin sözçüsü deyib.
Haiti Prezidenti Jovenel Moiz iyulun 7-də gecə saatlarında öz iqamətgahında öldürülüb. Məlumata görə, ölümündən əvvəl ona işgəncə verilib. Cinayətkarlar dövlət başçısını odlu silahdan ölümcül yaralayıb, o, 12 yara alıb. Moiz hadisə yerində ölüb.
Prezidentin qatilləri arasında üç əcnəbi də var.