Suriyada vətəndaş müharibəsi dördüncü ilinə daxil olub.
Teleqraf.com amerikaninsesi.org-a istinadən xəbər verir ki, Suriyada bu müddət ərzində 257 jurnalist və media işçisi həlak olub. Bu məlumat Suriyanın Jurnalist Assosiasiyası tərəfindən yayılıb.
Hüquq müdafiəçiləri təkcə oktyabr ayında 7 media fəalının öldürüldüyünü bildirir. Onlardan biri hökumətin nəzarət mərkəzində işgəncələrin qurbanı olub. Digərləri isə İraq Şam islam Dövləti (İŞİD) terror təşkilatı yaraqlıları tərəfindən öldürülüb.
Amerikalı Ceyms Foli və Stiv Sotloffun başının kəsilməsindən sonra beynəlxalq media təşkilatları Suriyaya jurnalist göndərməyə cəsarət etmir.
Samir