Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putin ruslar və ukraynalıların birliyinə dair məqaləsini yüksək qiymətləndirib və qısa zamanda cavab verəcəyinə söz verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Zelenskiyə görə, Rusiya lideri bu məqaləni yazmaq üçün çox və dərindən çalışıb və mövzuya hakim olmaq üçün çox vaxt sərf edib.
O, Putinlə bəzi məsələləri onunla şəxsi görüşündə müzakirə etmək istədiyini vurğulayıb.
“Yəqin ki, mən ona gələcəkdə başqa bir məqalədə istifadə edə biləcəyi bir çox material təqdim edə bilərəm”, - Zelenski bildirib.
Ukrayna prezidenti vaxt çatışmazlığı səbəbi ilə materialla tam tanış olmağa zamanının olmadığını vurğulayıb, lakin bunu yaxın gələcəkdə edəcəyinə söz verib.
O, həmkarının məqaləni Ukrayna dilində dərc etmək qərarını yüksək qiymətləndirdiyini də deyib.
Putinin «Ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsinin mətni iyulun 12-də Kremlin saytında yayımlanıb. Məqalə ukraynalılar arasında milli şüurun formalaşması, onların rus xalqı ilə birliyi və postsovet məkanındakı ərazi problemlərinə dair tarixi məsələlərə həsr edildib. Material Ukrayna rəsmiləri və mediası tərəfindən kəskin tənqid olunub. Çünki Putin məqaləsində Ukraynanın Rusiya əraziləri hesabına formalaşması kimi mübahisəli fikirlərə yer verib.