14 İyul 2021 08:25
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın baş naziri Castin Trüdo Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə əlaqədar Yaponiyaya səfər etmək planlarından imtina edib.

Teleqraf.com xəbər verir ki, C.Trüdonun səfərdən imtina etməsi Oyunların təşkilatçılarının yarışmanı Tokioda və digər bir sıra əyalətlərdə tamaşaçısız keçirmək qərarı ilə əlaqədardır.

Qeyd edək ki, Tokio Olimpiadasi 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarışlar bir il təxirə salındı ​​və 23 iyul - 8 avqust 2021-ci il tarixlərində keçiriləcək. Təşkilatçılar Oyunların xarici azarkeşlər olmadan keçirilməsinə qərar veriblər, yerli tamaşaçılar da Tokio da daxil olmaqla 6 əyalətdə keçiriləcək tədbirlərə buraxılmayacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər