ABŞ rəhbərliyi iyul ayının son həftəsində ABŞ hərbi qüvvələrinə dəstək verən Əfqanıstan vətəndaşlarının hava yolu təxliyəsinə başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Dövlət Departamentinin nümayəndəsi bildirib.
“Xüsusi immiqrasiya vizası üçün müraciət edənlərin Əfqanıstandan uçmasına iyul ayının son həftəsində başlanılacaq”, - deyə məlumatda qeyd olunub.