15 İyul 2021 11:14
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran kəşfiyyat xidmətinin məni qaçırmaq planını pozduğu üçün Federal Təhqiqatlar Bürosuna minnətdaram”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Nyu-York şəhərində yaşayan İran əsilli jurnalist Masih Alinejad Tvitter hesabında bildirib.

O, İran kəşfiyyatının onu oğurlamaq niyyətində olduğunu xüsusilə vurğulayıb.

Nyu-York Federal Məhkəməsinin elan etdiyi ittihamnamədə 4 iranlıya qarşı Tehrandakı rejiminə əks mövqedə çıxan bir jurnalist və qadın hüquqları müdafiəçisi Əlinejadı qaçırmaq üçün sui-qəsd ittihamı irəli sürüldüyü bildirilib.

Ağ Evin sözçüsü J.Psaki qurulan bu planı “təhlükəli və səviyyəsiz” addım adlandıraraq jurnalistin qaçırmaq planını qınadıqlarını dilə gətirib.

İttihamnaməyə görə, Tehran öncə jurnalistin İranda yaşayan qohumlarının onunla görüşməsi üçün başqa ölkəyə səfər etməsinə nail olmağa çalışıb, ancaq Alinejadın yaxınları bu təklifi qəbul etməyib.

Bundan sona məlum olub ki, İran kəşfiyyatı jurnalisti gizli şəkildə İrana qaçırmaq üçün Brüklindəki sahil məhəlləsində onu sürətli qayıqla Venesuelaya aparmağın yollarını araşdırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadə isə bu iddiaları Hollivud kino ssenarilərinə bənzədərək onu “əsasssız və ağılsız” adlandırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər