15 İyul 2021 10:59
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya olaraq məqsədimiz Əfqanıstandakı daxili qarşıdurmaların Orta Asiya bölgəsinə yayılmasının qarşısını almaqdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

Kabulov Əfqanıstanın gələcəyinin böyük ölçüdə qeyri-məyyən olduğunu bildirməklə yanaşı əlavə edib ki, Moskva Taliban ilə ABŞ-ın Əfqanıstandan çıxması qərarı verməsindən çox əvvəl təmasa keçiblər: “7 il əvvəl öz kanallarımız vasitəsilə Talibanla görüşlərə başladıq. Bu addımı günün birində ABŞ-ın başımızda partlamağa hazır mina buraxacağını bildiyimiz üçün atdıq. Rusiya olaraq əsas məqsədimiz Əfqanıstandakı daxili qarşıdurmaların Orta Asiya bölgəsinə yayılmasının qarşısını almaqdır”.

Əfqanıstandakı dayanıqlı həllin uzaq göründüyünü qeyd edən Kabulov bildirib ki, Əfqanıstan hökuməti ilə Taliban hərakatının əlində ABŞ və NATO-nun bölgəyə gətirdiyi çoxlu sayda silah var: “Tərəflərin bu silahdan istifadə edərək güclərini sınamadan və yeni gücü müəyyən etmədən masaya oturmaları imkansız görünür. Biz Rusiya olaraq Əfqanıstan daxilində siyasi dialoqun ilin sonuna doğru başlaya biləcəyini ehtimal edirik”.

Moskva-Taliban təmaslarının bu şəbəkənin tanınması mənasına gəlmədiyini qeyd edən Zamir Kabulov hesab edir ki, Əfqanıstan sadəcə Rusiya deyil, Orta Asiyadakı müttəfiqlərinin təhlükəsizliyi baxımından da fövqəladə vahiməli mövzudur: “Taliban ilə hər təmasda bu məqama diqqət çəkərək onlara xəbərdarlıq edirik. Rusiyanın Orta Asiyadakı müttəfiqlərinə əl uzadacağı təqdirdə böyük itkilər verəcəklərini, hətta yox ediləcəklərini özlərinə xatırladırıq”.

Qeyd edək ki, artıq rəsmi Moskva Talibanla yanaşı Pakistanla da aktiv təmaslara keçib. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Pakistan Xarici İşlər naziri Şah Mahmud Kureyşi ilə görüşüb.

Lavrov bəyan edib ki, bölgənin ən önəmli iki aktoru Pakistan və Rusiyadır: “Bu ölkələrin Əfqanıstandakı prosesləri müzakirə etməsi təbiidir. İndiki təmas Moskva ilə İslamabad arasında əməkdaşlığımızın səviyyəsini artırmaq məqsədi daşıyır”.


Müəllif: Cavad

Oxşar xəbərlər