15 İyul 2021 17:40
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da inanılmaz hadisə yaşanıb. Həkimlər böyük qüsura yol verərək böyrək köçürməsini səhv xəstəyə ediblər.

Teleqraf.com xəbər verir ki, həkimlər böyrək köçürülməsi əməliyyatı zamanı xəstələri dəyişik salıblar və böyrək başqa xəstəyə köçürülüb.

Səhvən böyrək köçürülən şəxsin vəziyyətinin normal olduğu və getdikcə yaxşılaşama gözlənildiyi açıqlanıb.

Xəstəxana əsas xəstənin isə əməliyyatının müvəqqəti təxirə salındığını açıqlayıb.

Ohaya ştatının rəsmiləri dəhşətli hadisəyə dair araşdırmalara başlanıldığını açıqlayıb. İki şəxs isə araşdırma aparılan müddətdə işindən kənarlaşdırılıb.

“Bir xəstə üçün nəzərdə tutulan böyrəyin başqa bir xəstəyə köçürülməsi kimi səhvə görə çox üzgünük. Bu şəxslərin özlərini bizə əmanət etdiyini bilirik”, - deyən Universitet Hospitalın sözçüsü Georgi Stamatis xəstə və onların ailələrindən üzr istəyib.


Müəllif: Cavad

Oxşar xəbərlər