15 İyul 2021 14:19
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 virusunun tüğyan etdiyi Rusiyada ölüm sayı getdikcə artır.

Teleqraf.com xəbər verir ki, bu gün verilən açıqlamada ölkədə son sutkada pandemiya səbəbindən 791 insanın vəfat etdiyi bildirilib.

Qeyd edək ki, bu say pandemiyanın başladığı gündən bu yana Rusiyada ən yüksək göstəricidir..

Ölkədə son 3 gündə virusdan vəfat edənlərin sayı sürətlə artır və rekord qırır.

"Delta" ştammı ilə yanaşı, peyvənd olunmanın zəif getməsi səbəbindən yoluxmaların sayında böyük artımın müşahidə olunduğu Rusiyada son sutka ərzində 25 293 nəfərdə virus aşkarlanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər