15 İyul 2021 22:55
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Hərbi Donanmasında istifadə edilməsi üçün Türkiyədən alınan “Bayraktar TB2” pilotsuz uçan aparatları (PUA) qarşı tərəfə təhvil verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“İlk “Bayraktar TB2” PUA kompleksi Dəniz Qüvvələri üçün Ukraynaya göndərilib”, - nazirlik bildirib.

Açıqlamada Qara və Azov dənizlərinin sahillərinin və səmalarının səmərəli şəkildə müşahidə ediləcəyi və yüksək dəqiqlikli silahlarla düşmən hədəflərini vurma fürsəti tapacaqları deyilib.

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba, daha əvvəl torpaqlarını Rusiyaya qarşı qorumaq üçün Türkiyədən pilotsuz təyyarələr aldıqlarını söylədi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər