Çeçenistan hökuməti sosial şəbəkələrə nəzarət etmək üçün komissiya yaradıb.
Publika.az “kafkas uzel”ə istinadən xəbər verir ki, komissiyanın əsas məqsədi radikal fikirlərin yayılmasına mane olmaqdır.
Verilən qərarda deyilir: “İnternetdəki sosial şəbəkələrdə xüsusilə gəncləri təsiri altına alan radikal fikirlər mövcuddur. Bunlara mane olmaq üçün biz də lazımi səhifələr və bloqlar yaradaraq Çeçenistanı iftira və töhmətlərdən qorumalıyıq”.