Feysbuk sosial şəbəkəsində Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ilə Arminya Kazaryan adlı erməni qadın arasında mübahisə yaranıb.
Teleqraf.com xəbər verir ki, Kazaryan Zaxarovanın Ukrayna ilə bağlı paylaşımına sərt reaksiya verib.
Erməni qadın Rusiya XİN-in rəsmi nümayəndəsini başqa bir suveran ölkənin daxili işinə qarışmaqda günahlandırıb.
“Bu sizi niyə bu qədər narahat edir? Əgər Almaniya və ya Fransa olsaydı? Niyə başqa bir suveren ölkə üçün narahat olursunuz? Burnunuz həmişə uzundur, olmalı olduğu yerdə olmur”, - Armina Kazaryan qeyd edib.
Zaxarovanın erməni qadına cavabı da özünü çox gözlətməyib:
“Armina Kazaryan, niyə nədənsə narahat olmağımız sizi belə narahat edir?”.
XİN-in rəsmi nümayəndəsi erməni qadınla kiçik yazışmasının skrinşotunu Feysbuk səhifəsində paylaşıb. Zaxarovanın paylaşımı müzakirələrə səbəb olub. Sosial şəbəkənin rusiyalı izləyiciləri Kazaryanı ələ salıblar.