Almaniyada daşqınların törətdiyi fəsadlarla əlaqədar hərbi fəlakət rejimi elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə naziri Anneqret Kramp-Karrenbauer qərar verib.
Ölkədə daşqın qurbanlarının sayı 100 nəfəri ötüb, 1 300-ə yaxın şəxs itkin düşüb.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün 850 əsgər cəlb edilib.