17 İyul 2021 00:38
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada güclü daşqınlar nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, Fransa təbii fəlakətin nəticələrinin aradan qaldırılması prosesində Almaniyaya yardım təklif edib.

Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer özünün "Twitter" səhifəsində Fransaya təşəkkürünü bildirib: "Təşəkkür edirəm. Bir daha təşəkkür edirəm. Fransız həmkarım Florens Parli ilə danışdıq və o Fransa hərbçilərinin yardımını təklif etdi. Fəlakətlər zamanı çox mühüm birlik".

Qeyd edilir ki, daşqınlar səbəbindən 102 min Almaniya vətəndaşı elektrik enerjisiz qalıb, minlərlə yerli sakini evini tər etmək məcburiyyətində qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər