17 İyul 2021 10:53
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasında vəziyyəti sabitləşdirmək üçün Prezident Siril Ramafosa Qautenq və Kvazulu-Natal əyalətlərində hüquq-mühafizə və təhlükəsizlik işçilərinin sayını artırıb.

Teleqaf.com xəbər verir ki, bu barədə dövlət rəhbərinin rəsmi internet saytında yayımlanan bəyanatının mətnində deyilir.

“Polisin işinə dəstək olmaq üçün Cənubi Afrika Milli Müdafiə Qüvvələrinin 25 min hərbi qulluqçunun göndərilməsinə icazə verdim. Onlardan 10 mini hazırda ərazidədir və qalan qüvvələr həftə sonu müvafiq yerləşdirmə bölgələrinə gələcəklər”, - deyə Ramafosa bildirib.

Son məlumatlara görə, Cənubi Afrikanın Kvazulu-Natal və Qautenq əyalətlərində baş verən qarışıqlıq nəticəsində qurbanların sayı 212-yə yüksəlib.


Müəllif: Səxavət

Oxşar xəbərlər