ABŞ Prezidenti Co Bayden sosial media platformalarını tənqid edərək, koronavirus və peyvəndlərlə bağlı yanlış məlumat yaydıqlarını, bunun da peyvəndləmə nisbətini azaltdığını deyib.
Teleqraf.com xəbər verir ki, jurnalistin COVID-19 və peyvəndlərlə yayılan yalan iddiaların yayılması ilə bağlı Feysbuk kimi platformalara mesajının nə olduğu barədə sualına Bayden, “İnsanları öldürürlər” cavabını verib.
Bayden mövcud pandemiyanın “peyvəndələnməyənlərin pandemiyası” olduğu fikrini təkrarlayıb.
Feysbukun nümayəndəsi Dani Lever Baydeni yalan ittiham irəli sürməkdə günahlandırıb.
Feysbukdakı 2 milyard istifadəçinin COVID-19 və peyvəndlər haqda etibarlı məlumatlara sahib olduqlarını bildirən Lever 3 milyondan çox istifadəçinin peyənd olunacağı yerləri tapmaq üçün platformanın xidmətindən istifadə etdiyini bildirib.
O, Amerika liderinin ifadələrinin əksinə olaraq, Feysbukun insanları xilas etməyə kömək etdiyini vurğulayıb.