Məşhur yəhudi yazıçı, professor Avram Noam Komski son illərdə Avropa və Amerikada artan İslamofobiya ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Komski İslamofobiyanın günümüzün məsələsi olmadığını deyib.
Son illərdə Qərbdə artan İslam qorxusunun səbəblərini Səlib yürüşlərində axtarmaq lazım olduğunu söyləyən Komski tarixçi Uilyam Polkun “Səlib yürüşləri və cihad: Müsəlman dünyası və Şimal yarımkürəsi arasında min illik savaş” adlı kitabını misal göstərib.
“Bu kitab Qərbdəki İslam qorxusu haqda yaxşı məlumatlar verir. Avropa inanılmaz dərəcədə irqçidir. Bu nəzərəçarpacaq dərəcədə artımın nəyə səbəb olduğunu öyrənmək üçün o dövrdə baş verən hadisələrə baxmaq lazımdır. İslamofobiyanı həll etmək üçün əvvəlcə İslamofobiyanı başa düşmək lazımdır. Cəmiyyətləri məlumatlandırmadan və maarifləndirmədən sosial problemləri həll etmək mümkün olmayacaq”, - yazıçı bildirib.
İslam Əməkdaşlıq Təşkilatının son araşdırmalarına görə, 2021-ci ilin ilk 6 ayında Avropa ölkələrində İslamofobiya iki dəfə artıb. Avropada İslamofobiya keçən ilin dekabr ayında 7 faiz nisbətində müəyyən olunub, bu rəqəm bu ilin yanvar ayında 18 faizə çatıb. Araşdırmada Avropadakı müsəlmanların dini azadlıqlarının məhdudlaşdırıldığı və İslamofobiyanın cəmiyyətdə qanuniləşdirildiyi bildirilib. Araşdırmada Avropanın bəzi ölkələri və bölgələrində hicab, məscidlər, azan, halal ət kəsimi və sünnətin qadağan edildiyi bildirilsə də, hicablı qadınların işləri və sosial həyatında qərəzli fikirlərlə qarşılaşdıqları və hətta kirayə ev tapmaqda çətinlik çəkdikləri deyilib.