Seysmoloqlar Fici sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentrinin Suva şəhərindən 433 km məsafədə olduğu qeyd olunur.
Zəlzələ ocağı 559,1 km dərinlikdə yerləşib.