5 Noyabr 2014 22:54
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Suriya Ordusu (ASO) paytaxt Dəməşqdə strateji cəhətdən önəmli olan Şərqi Gutanı ələ keçirib.

Axar.az xəbər verir ki, Əl Nusra cəbhəsi ilə birləşərək bir çox bölgəni Əsəd rejimindən azad edən ASO Əsəd rejiminin nəzarətində olduğu bölgələrdə torpaqların İrana satıldığını açıqlayıb.

Təşkilatın sözçüsü Əmmar əl-Busi bu barədə məlumat verərək işğal olunmuş bütü şəhərlərdə rəsmi sənədlərin Əsəd qüvvələri tərəfindən yandırıldığını deyib: “Hələb, Həma, Hums kimi şəhərləri əlində saxlayan Əsəd rejimi digər azsaylı xalqların öz şəhərlərinə dönməyinə icazə verdiyi halda sünnilərin və türkmənlərin şəhərdən çıxmasını qadağan edib. Bir çox bölgələrdə iranlılara xüsusi imtiyazlar verilir. Əsəd qüvvələri nəzarətində olan torpaqları iranlılara satır. Bölgəni tərk edərkən ordu qüvvələri vətəndaşlara məxsus bütün sənədləri yandırıb. Hətta həbsxanada belə məhbusların sənədləri qalmayıb. Buna səbəb sünni və türkmənlərin vətəndaşlığının əllərindən alınmasıdır”.

Bütün sənədlərin yandırıldığı halda iranlılara məxsus sənədlərin saxlandığını deyən təşkilat sözçüsü Əsəd qüvvvələrinin bir çox inzibati binaları qərargah olaraq istifadə etdiyini qeyd edib:

“Ordu qüvvələri şəhərdən çıxarkən bu binalarda saxlanılan bütün arxiv sənədlərini yandırıb. Aldığımız məlumatlara görə, minlərlə iranlıya vətəndaşlıq verilib”.

Tapılan sənədlərin şəhərdən çıxarılmasının vacib olduğunu deyən əl-Busi bunun üçün xüsusi yeraltı tunellərin qazılacağını açıqlayıb.


Müəllif:

Oxşar xəbərlər