18 İyul 2021 17:08
1 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan İranla və digər qonşu ölkələrlə sərhəd təhlükəsizliyini gücləndirmək və qanunsuz qaçqın axınının qarşısını almaq üçün müasir texnologiyadan istifadə etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin sözçüsü general-mayor Babar İftixar açıqlama verib.

General ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Pakistanın Əfqanıstanla və qərb sərhədlərindəki vəziyyətin gərginləşdiyini bildirib.

O, sərhəd boyu terrorçulara qarşı mübarizənin sürətlə davam etdiyini deyib.

“Pakistan Əfqanıstandakı prosesləri yaxından izləyir və ərazilərinin qonşularına qarşı istifadəsinə əsla icazə verməyəcək və eyni zamanda bunu Əfqanıstandan da gözləyir”, - Babar İftixar qeyd edib.

O, Pakistan-İran sərhədlərindəki duruma da toxunub:

“İranla sərhədlərdəki idarəetmə sistemini də modernləşdirdik. Əlavə olaraq, Pakistan-İran sərhədinin hasarlanması ilə bağlı işləri sürətləndirdik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər