İsrailin baş naziri Binyamin Netanyahu bu ölkənin Qüds siyasətinə yönələn tənqidlərə sərt cavab verib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Netanyahu deyib ki, bəziləri üçün İsrailin Qüdsdəki suverenliyi siyasi mübarizənin bir parçasıdır: "3 min ildir yəhudilərin paytaxtı olan Qüds təxribat ocağı olaraq xarakterizə edilir".
"Birləşmiş Qüds əbədi paytaxtımızda" deyən Netanyahu bu şəhər üçün döyüşdüklərini bildirib "Uzun bir döyüş ola bilər, ancaq qalib gələcəyimizə əminəm. Tarixi yenidən yazmaq istəyirlər. Qüdsə olan böyük yaxınlığımızı gözardı edir və Məscidi-i Aksadaki status-kvonu dəyişdirməyə çalışdığımızı iddia edirlər".
Nihad