6 Noyabr 2014 02:45
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Əhməd Davudoğlu Milli İstihbarat Təşkilatında brifinq keçirib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Davudoğlu İsrailin Məscidi-Əqsaya girməsinə sərt reaksiya verib.

"İsrail əsgərinin Məscidi-Əqsaya girməsi tam bir barbarlıqdır. İnsanlığın ən müqəddəs məkanlarından birinə edilən bu hücuma ən sərt şəkildə qarşılıq verilməlidir. Qüdsün bir sülh şəhəri olması lazımdır. Ancaq Qüds İsrailin hazırkı mövqeyi sayəsində barbarlığın sərgiləndiyi bir şəhər olub. Bütün müsəlmanları və bütün dünyanı Məscidi-Əqsaya sahib çıxmağa çağırıram".

Nihad


Müəllif: