19 İyul 2021 11:05
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban hərəkatı ilə Əfqanıstan rəsmi hökumətinin nümayəndə heyətlərinin Dohada müzakirələri müsbət nəticələrlə yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, tərəflər müzakirələrin nəticəsi olaraq sülh danışıqlarının davam etdirilməsinə razılaşıb.

Verilən açıqlamaya görə, əfqan hökuməti ilə Taliban ədalətli həll yolunu çatmaq üçün müzakirələri sürətləndirmək məsələsində eyni fikirə gəlib.

Tərəflər eyni zamanda “Əfqanların maraqlarını qarşılayan İslam ölkələrinin fikirlərinə uyğun razılaşma əldə olunmasının vacibliyini” qeyd ediblər.

Bu razılaşmaya çatana qədər müzakirələrin yüksək səviyyədə davam etdirilməsini vacib sayan tərəflər yenidən bir araya gələcəklərini elan ediblər.

Ancaq bununla belə tərəflər yeni toplantının ünvanı və zamanı haqqında tarix verməyib.

Qeyd edək ki, danışıqlarda rəsmi Kabili milli razılaşma şurasının sədri Abdullah Abdullahi, Talibanı isə qurumun Qətərdəki siyasi bürosunun sədri Molla Abdul Qəni Birader təmsil edib.


Müəllif: Cavad

Oxşar xəbərlər