Fransanın Bayonne şəhərində peyvənd mərkəzi yandırılıb.
Teleqraf.com xəbər verir ki, bu gün axşam şəhərin Urrugne qəsəbəsindəki vaksin çadırı yanmağa başlayıb.
Yanğınsöndürənlər prosesə müdaxilə edərək yanğını söndürüb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, çadırın ətrafında benzin tökülüb və yanğın bəlli nöqtələrdən başlayıb.
Bayonne prokurorluğu faktla bağlı cinayət işi açıb.
Qeyd edək ki, buna qədər Nice şəhərində vaksin mərkəzinə od vurulmuşdu.
Prezident Makronun ötən həftə xəstəxana və qocalar evində işləyənlərə vaksin vurdurma məcburiyyəti tədbirləri gətirib. Bundan sonra Fransanın bir sıra şəhərlərində etirazlar keçirilib.