19 İyul 2021 17:05
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın mərkəzində baş verən mübahisə zamanı ABŞ vətəndaşı yaralanıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, hadisə iyulun 19-da baş verib.

Ermənistan Tibb Mərkəzinə 1979-cu il təvəllüdlü ABŞ vətənaşı müraciət edib. Məlum olub ki, ABŞ vətəndaşı ayağından güllə yarası alıb.

Ermənistan İstintaq Komitəsi faktı təsdiq edib, cinayət işi açdığını bildirib.

İddiaya görə, hadisə iki şəxsin mübahisəsi zamanı baş verib. Tərəflərdən biri digərinə atəş açaraq onu ayaq nahiyəsindən yaralayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər