19 İyul 2021 19:41
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In xarici təsirlərin ölkəsinə təsirini aradan qaldırmaq üçün hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, bundan sonra dildə xarici jarqonlardan istifadə edənlər, habelə Cənubi Koreya, Yaponiya və ABŞ mediasından məhsul alanlar ya həbs, ya da edam olunacaq.

Şimali Koreya dövlət mediası gənclərə başda Cənubi Koreya olmaqla, xarici jarqonlardan istifadə etməməklə bağlı xəbərdarlıq edib.

Xəbərdarlıqda Cənubi Koreya modası, saç stilləri və musiqisindən uzaq durmaq istənilib. Qeyd edilib ki, xəbərdarlığa əməl etməyənlər həbs və ya edam cəzasına qədər cəzalandırıla bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər